Azərbaycanın cüdo üzrə yığma komandasının dünya çempionatı üçün heyəti açıqlanıb - VİDEO

Azərbaycanın cüdo üzrə yığma komandasının dünya çempionatı üçün heyəti açıqlanıb - VİDEO Milli komanda Macarıstanda keçiriləcək yarışda 17 idmançı ilə təmsil olunacaq
Fərdi
17 Avqust , 2017 15:41
Azərbaycanın cüdo üzrə yığma komandasının dünya çempionatı üçün heyəti açıqlanıb - VİDEO

Bakı. 17 avqust. REPORT.AZ/ Avqustun 28-də Macarıstanın paytaxtı Budapeştdə start götürəcək cüdo üzrə dünya çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb.

Azərbaycan Cüdo Federasiyasından “Report”a verilən məlumata görə, yığma sentybarın 3-dək davam edəcək yarışda 17 idmançı ilə təmsil olunacaq.

Budapeştdə kişi cüdoçulardan Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə, (66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq), Uşanqi Kokauri (+100 kq), qadınlardan isə Əliyeva Leyla, Erdenabat Bazarraqça (hər iksi 48 kq), Nəzakət Əzizova, Purevsuren Buyankişinq (hər ikisi 52 kq), Səkinə Zayırova, Munktsedev İçinkolo (hər ikisi 57 kq), Gülsədəf Kərimova (63 kq) və İrina Kindzerska (+78 kq) mübarizə aparacaqlar.

Qeyd edək ki, dünya çempionatında 134 ölkədən 794 cüdoçu (482 kişi, 312 qadın) mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi