Yuxarı
    Bağlamaq

    ​Azərbaycanın boks üzrə milli komandası İtaliyaya yollanacaq

    Hazırlıq prosesində 9 boksçu iştirak edəcək

    Bakı. 23 sentyabr. REPORT.AZ/ Qətərdə keçiriləcək dünya çempionatına hazırlaşan boks üzrə Azərbaycan milli komandası oktyabrın 24-də İtaliyaya yola düşəcək. "Report"un məlumatına görə, milli komanda İtaliyanın Assizi şəhərindəki məşq bazasında İtaliya və İrlandiya komandaları ilə birgə toplanış keçəcək.

    Baş məşqçi Pedro Roque, məşqçilər Nəriman Abdullayev və Lazaro Ximenes Martinezin rəhbərliyi altında hazırlıq prosesində 9 boksçu iştirak edəcək. Avropa Oyunlarında ağır zədə alan 2 qat dünya, Avropa çempionu, Olimpiya oyunlarının bürünc mükafatçısı Məhəmmədrəsul Məcidov da heyətə daxil edilib. 2016-cı ildə Rio-de-Janeyroda keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyan dünya çempionatı oktyabrın 6-da start götürəcək.

    Azərbaycan boksçularından 9-u Avropa Oyunlarından Qətərdə keçiriləcək yarışa vəsiqə qazanıb. Yalnız 49 kq çəki dərəcəsində çıxış edən Rüfət Hüseynov Avropa çempionatında bürünc medal qazanmaqla, mundiala vəsiqə əldə edib. Xaybula Muslov isə (75 kq) İtaliyaya yollana bilməyib. Boksçunun gözündə əməliyyat aparıldığından, o, dünya çempionatında da iştirak etməyəcək.

    Azərbaycan millisi İtaliyaya bu heyətlə yollanacaq:

    49 kq - Rüfət Hüseynov

    52 kq - Elvin Məmişzadə

    56 kq - Tayfur Əliyev

    60 kq - Albert Səlimov

    64 kq - Lorenzo Sotomayor

    69 kq - Pərviz Bağırov

    81 kq - Teymur Məmmədov

    91 kq - Abdulqadir Abdullayev

    +91 kq - Məhəmmədrəsul Məcidov.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi