Azərbaycanın bəzi idmançılarının orqanizmindən dopinq aşkarlanıb - RƏSMİ

Azərbaycanın bəzi idmançılarının orqanizmindən dopinq aşkarlanıb - RƏSMİ İdman növlərini və idmançıların adları hələlik açıqlanmır
Fərdi
12 İyul , 2017 17:34
Azərbaycanın bəzi idmançılarının orqanizmindən dopinq aşkarlanıb - RƏSMİ

Bakı. 12 iyul. REPORT.AZ/ Azərbaycanın bəzi idmançılarından götürülmüş dopinq-testlər müsbət nəticə verib.

Bu barədə "Report"a Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) icraçı direktoru Şəfəq Hüseynli məlumat verib. O bildirib ki, IV İslam Həmrəyliyi Oyunlarından sonra müxtəlif milli federasiyaların ümumilikdə 109 idmançısını əhatə edən prosesin yekununda xoşagəlməz hallar aşkarlanıb. Lakin Ş.Hüseynli idman növlərini, idmançıların adlarını və sayını hələlik açıqlamaq istəməyib. AMADA rəhbəri bu barədə yaxın vaxtlarda geniş məlumatın veriləcəyini bildirib.

Qeyd edək ki, dopinq-testlər Almaniyanın Köln şəhərindəki antidopinq laboratoriyasında analizdən keçirilib. 

Son xəbərlər

Orphus sistemi