Azərbaycanın beynəlxalq qrossmeysterinə FIDE-də yeni vəzifə verildi

Azərbaycanın beynəlxalq qrossmeysterinə FIDE-də yeni vəzifə verildi Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimovaya FIDE-də yeni vəzifə verilib
Fərdi
151
18 Fevral , 2021 14:36
Azərbaycanın beynəlxalq qrossmeysterinə FIDE-də yeni vəzifə verildi
İlahə Qədimova

FIDE (Beynəlxalq Şahmat Federasiyası) Azərbaycanın sabiq şahmatçısı İlahə Qədimovaya yeni vəzifə verib.

"Report" qurumun rəsmi saytına istinadən xəbər verir ki, veteran qrossmeyster Tədbirlər Komissiyasının katibi təyin olunub.

Yeniyetmələr arasında ikiqat dünya çempionu (1992 - 1993) olmuş Qədimova bunadək FIDE-nin Qadın Şahmatı Komissiyasında analoji postu tutub. O, 1994-cü ildə beynəlxalq qrossmeyster adını alıb.

Qeyd edək ki, İlahə Qədimovanın yeni işə başlamasından sonra boş qalmış vəzifəni ingiltərəli Kristel Yager Hafştad tutub.

Son xəbərlər

Orphus sistemi