Azərbaycanın bədii gimnastika komandası Dünya Kubokunda 3 medal qazanıb

Azərbaycanın bədii gimnastika komandası Dünya Kubokunda 3 medal qazanıb Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Portuqaliyanın Portiman şəhərindəki Challenge seriyalı Dünya Kubokunda 3 medal qazanıb.
Fərdi
14 May , 2018 12:07
Azərbaycanın bədii gimnastika komandası Dünya Kubokunda 3 medal qazanıb
0 : 00
0 : 00

Bakı. 14 may. REPORT.AZ/ Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətlərindən ibarət komandası Portuqaliyanın Portiman şəhərindəki "Challenge" seriyalı Dünya Kubokunda 3 medal qazanıb. 

"Report"un federasiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, Siyana Vasilyeva, Aliyə Paşayeva, Diana Doman, Ayşən Bayramova və Zeynəb Hümmətovadan ibarət "5-lik" ilk olaraq, çoxnövçülükdə fərqlənib. Onlar iki kompozisiyanın nəticəsinə əsasən bürünc medal əldə ediblər. 

Bu komanda iki hərəkət üzrə ayrı-ayrı finallara da vəsiqəni təmin edib. Həlledici mərhələdə "5-liy"in halqalarla nümayiş etdirdiyi kompozisiya gümüş medalla mükafatlandırılıb.

Top və iplərlə final proqramında isə onlar qızıl medala yiyələnərək, Azərbaycan himnini Portuqaliyada səsləndiriblər. 

Son xəbərlər

Orphus sistemi