Azərbaycanın avarçəkənlərdən ibarət duetinin yarımfinaldakı rəqibləri müəyyənləşib

Azərbaycanın avarçəkənlərdən ibarət duetinin yarımfinaldakı rəqibləri müəyyənləşib Aleksandr Aleksandrov - Boris Yotov cütlüyü sabah növbəti yürüşə çıxacaq
Fərdi
8 Avqust , 2016 19:51
Azərbaycanın avarçəkənlərdən ibarət duetinin yarımfinaldakı rəqibləri müəyyənləşib

Bakı. 8 avqust. REPORT.AZ/ Azərbaycanı 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında təmsil edən akademik avarçəkənlərdən ibarət Aleksandr Aleksandrov - Boris Yotov duetinin yarımfinal mərhələsindəki rəqibləri müəyyənləşib. "Report"un məlumatına görə, son vəsiqələrin taleyinə bu gün keçirilmiş təsəlliverici yürüşdən sonra aydınlıq gəlib.

Böyük britaniyalı Conatan Uolton - Con Kollinz (6:19.600), bolqarıstanlı Georgi Bojilov - Kristian Vasilev (06:20.560) və serbiyalı Marko Maryanoviç - Andriya Slyukiç (06:20.620) duetləri kubalı Eduardo Rubio Rodriges - Andrian Oquendo (06:21.520) cütlüyünü üstələyərək, ilk 3 yerin sahibi kimi yarımfinala adlayıblar.

Aleksandrov - Yotov duetinin rəqiblərindən biri məhz serbiyalı cütlük olacaq. Digər rəqiblər isə Azərbaycan təmsilçilərinin seçmə yürüşdə üstələdiyi Françesko Fossi - Romano Battisti, eləcə də litvalı Mindauqas Qrişkonis - Saulius Ritter, fransalı Uqo Buşeron - Matyö Androdias və Marsel Hakker - Ştefan Krüger duetləri olacaq.

Avqustun 9-da Bakı vaxtı ilə saat 17:40-da başlanacaq yürüşün yekununda ilk "3-lüy"ə düşənlər finala yüksələcəklər. 

Son xəbərlər

Orphus sistemi