Azərbaycanın ağırlıqqaldırma üzrə daha bir çempionu müəyyənləşib

Azərbaycanın ağırlıqqaldırma üzrə daha bir çempionu müəyyənləşib Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən Azərbaycan çempionatının ikinci yarış günündə yaşı 17-dək olan ağırlıqqaldıranlar arasında 55 kq çəki dərəcəsində medalçılar müəyyənləşib.
Fərdi
14 May , 2022 13:24
Azərbaycanın ağırlıqqaldırma üzrə daha bir çempionu müəyyənləşib

Bakının Şüvəlan qəsəbəsindəki Ağır Atletika Akademiyasında keçirilən Azərbaycan çempionatının ikinci yarış günündə yaşı 17-dək olan ağırlıqqaldıranlar arasında 55 kq çəki dərəcəsində medalçılar müəyyənləşib.

Azərbaycan Ağır Atletika Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, toplam 178 kq (78 kq + 100 kq) nəticə ilə Qazax idmançısı Amin Osmanov qızıl medal qazanıb.

Toplam 174 kq nəticə nümayiş etdirən iki atletdən Ramil Kazımov (82 kq + 92 kq) gümüş, Dəniz Cabbarlı (78 kq + 96 kq) bürün medalçı olub.

Qeyd edək ki, Azərbaycan çempionatına bütün şəhər və rayonların idman cəmiyyətləri, klubları, mərkəzləri, UGİM-lərini təmsil edən 150-dək yeniyetmə atlet qatılıb. Bu gün yaşı 15-dək olan oğlanlarda 61 və 67 kq, yaşı 17-yə qədər oğlanlarda isə 55 kq, 61 kq və 67 kq çəki dərəcələrində qaliblərin adlarına aydınlıq gələcək.

Son xəbərlər

Orphus sistemi