Azərbaycanın 9 boksçusu Sankt-Peterburqda qüvvəsini sınayacaq

Azərbaycanın 9 boksçusu Sankt-Peterburqda qüvvəsini sınayacaq Azərbaycan millisinin 9 boksçusu bu gün Rusiyada start götürəcək “Sankt-Peterburq qubernatorunun kuboku” adlı beynəlxalq turnirdə iştirak edəcək.
Fərdi
7 May , 2019 09:30
Azərbaycanın 9 boksçusu Sankt-Peterburqda qüvvəsini sınayacaq

Azərbaycan millisinin 9 boksçusu bu gün Rusiyada start götürəcək “Sankt-Peterburq qubernatorunun kuboku” adlı beynəlxalq turnirdə iştirak edəcək.

“Report” Azərbaycan Boks Federasiyasının Mətbuat xidmətinə istinadən xəbər verir ki, baş məşqçisi Vaqif Şirinov 5 gün davam edəcək yarışda Rüfət Hüseynov (49 kq), Məsud Yusifzadə (52 kq), Tayfur Əliyev (56 kq), Cavid Çələbiyev (60 kq), Bəxtiyar Qazıbəyov (64 kq), Elnur Süleymanov (69 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmməd Abdullayevə (+91 kq) şans verəcək.

Qeyd edək ki, Sankt-Peterburqda 10-cu dəfə keçiriləcək yarış “M-1 Arena”da baş tutacaq. Turnirdə 17 ölkənin iştirakı gözlənilir.

Son xəbərlər

Orphus sistemi