Azərbaycanın 4 güləşçisi beynəlxalq turnirin yarımfinalına vəsiqə qazandı

Azərbaycanın 4 güləşçisi beynəlxalq turnirin yarımfinalına vəsiqə qazandı Onun növbəti rəqibi Oliviya Di Bacco (Kanada) olacaq
Fərdi
26 Fevral , 2021 20:36
Azərbaycanın 4 güləşçisi beynəlxalq turnirin yarımfinalına vəsiqə qazandı

Azərbaycanın 4 güləşçisi Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçiləri və məşqçilərinin xatirəsinə təşkil olunan ənənəvi yarışda yarımfinala yüksəliblər.

"Report"un məlumatına görə, kişilərdən Əli Rəhimzadə və Turan Bayramov (hər ikisi 65 kq), qadınlardan isə Türkan Nəsirova (50 kq) və İrina Netreba (68 kq) finala vəsiqə uğrunda mübarizə aparacaqlar.

Rəhimzadə təsnifat mərhələsini güləşmədən keçib. Buna yunan rəqibinin xalça üzərinə çıxmaması səbəb olub. 1/16 finalda qırğızıstanlı Alibek Osmanova tam üstünlüklə qalib gələn güləşçi daha sonra yerli Vasili Şuptarı mübarizədən kənarlaşdırıb. O, 1/4 finalda Gürcüstan təmsilçisi Şota Fartenadze üzərində qələbə qazanaraq yarımfinala çıxıb. Rəhimzadənin final yolunda son rəqibi moldovalı Maksim Sakultan olacaq.

Mübarizəyə 1/16 finaldan qoşulan Turan Bayramov isə startda Ukraynanı təmsil edən erməni güləşçi Qor Ohannesyanı "tuşe" ilə məğlub edib. Gəncə güləş məktəbinin yetirməsi növbəti mərhələdə belaruslu Andre Bekrenyovdan güclü olub. Bayramov 1/4 finalda isə ABŞ-dan olan Jozef Makennaya qalib gəlib. O, yarımfinalda Ernazar Axmataliyevlə (Qırğızıstan) üz-üzə gələcək.

1/8 finalda türkiyəli Aynur Ergeni məğlub edən Türkan Nəsirova daha sonra Belarus təmsilçisi Anastasiya Yanotavanı mübarizədən kənarlaşdırıb. O, finala çıxmaq üçün Anna Lukaşiakın (Polşa) müqavimətini qırmalıdır. Mübarizəyə 1/4 finaldan başlayan İrina Netreba belaruslu Nataliya Strjalka üzərində qələbə qazanaraq yarımfinala adlayıb. Onun növbəti rəqibi Oliviya Di Bacco (Kanada) olacaq.

Sərbəst güləş

57 kq
1/16 final: Əfqan Xaşalov – Aryian Tiutrin (Belarus) - 1:2

1/16 final: Mahir Əmiraslanov – Roman Qutsuliak (Ukrayna) - *2:2

1/8 final: Mahir Əmiraslanov - Mahmudcan Şövkətov (Özbəkistan) - 1:3

1/8 final: İslam Bazarqanov – Roberti Dinqaşvili (Gürcüstan) - 12:14

65 kq
Təsnifat: Əli Rəhimzadə - Georgios Pilidis (Yunanıstan) +:-

1/16 final: Əli Rəhimzadə - Alibek Osmanov (Qırğızıstan) - 12:2

1/8 final: Əli Rəhimzadə - Vasili Şuptar (Ukrayna) 5:4

1/4 final: Əli Rəhimzadə - Şota Fartenadze (Gürcüstan) - *3:3

1/2 final: Əli Rəhimzadə - Maksim Sakultan (Moldova)

1/16 final: Turan Bayramov – Qor Ohannesyan (Ukrayna) - 5:4 (tuşe)

1/8 final: Turan Bayramov - Andre Bekrenyov (Belarus) - 11:0

1/4 final: Turan Bayramov - Jozef Makenna (ABŞ) - 5:1

1/2 final: Turan Bayramov - Ernazar Axmataliyev (Qırğızıstan)

74 kq
1/16 final: Əşrəf Aşırov – Temuri Beruaşvili (Gürcüstan) 2:0

1/8 final: Əşrəf Aşırov - Məhəmmədsadiq Firuzpurbandpey (İran) - 0:5

97 kq
Təsnifat: İslam İlyasov – Timofey Xenidis (Yunanıstan) - 7:3

1/8 final: İslam İlyasov - Elisbar Odikadze (Gürcüstan) - 1:12

Qadın güləşi

50 kq

1/8 final: Türkan Nəsirova – Aynur Erge (Türkiyə) - 4:1

1/4 final: Türkan Nəsirova - Anastasiya Yanotava (Belarus) 10:2

1/2 final: Türkan Nəsirova - Anna Lukaşiak (Polşa)

68 kq

1/4 final: İrina Netreba – Nataliya Strjalka (Polşa) - 5:3

1/2 final: İrina Netreba - Oliviya Di Bacco (Kanada)

76 kq
1/8 final: Gözəl Zutova – Səbirə Əliyeva - 10:2

1/4 final: Gözəl Zutova - Vasilisa Marzaliuk (Belarus)

Son xəbərlər

Orphus sistemi