Azərbaycanın 4 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

Azərbaycanın 4 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur Üç cüdoçu 1/16 finalda mübarizə aparacaq
Fərdi
23 Aprel , 2016 09:42
Azərbaycanın 4 cüdoçusu Avropa çempionatında mübarizəyə qoşulur

Bakı. 23 aprel. REPORT.AZ/ Rusiyanın Kazan şəhərində cüdo üzrə Avropa çempionatı davam edir.

"Report"un məlumatına görə, 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya baxımından önəm daşıyan yarışın üçüncü günündə Azərbaycanın 4 cüdoçusu tatami üzərinə çıxacaq.

90 kq çəkidə mübarizə aparan Məmmədəli Mehdiyev 1/16 finaldan mübarizəyə qoşulacaq. Onun rəqibi ukraynalı Quedjau Nhabali olacaq. 100 kq-da çıxış edən Elmar Qasımov 1/8 finalda Artyom Bloşenko (Ukrayna) - Niyaz Bilalov (Rusiya) cütünün qalibi ilə görüşəcək. Eyni çəkidə çıxış edən Elxan Məmmədov 1/16 finalda rusiyalı Adlan Bisultanovla qarşılaşacaq. Azərbaycanın daha bir cüdoçusu Uşanqi Kokauri (+100 kq) 1/16 finalda litvalı Marius Paskeviçiusla münasibətlərinə aydınlıq gətirəcək. Cütün qalibi 1/8 finalda israilli Or Sassonla üz-üzə gələcək.

Qeyd edək ki, çempionatın ilk günündə 60 kq çəkidə mübarizə aparan Orxan Səfərov gümüş medal qazanıb. Turnirin ikinci günündə isə Rüstəm Orucov qızıl medala yiyələnib.

Son xəbərlər

Orphus sistemi