Azərbaycanın 21 güləşçisi dünya reytinq sıralamasında yer alıb

Azərbaycanın 21 güləşçisi dünya reytinq sıralamasında yer alıb Hacı Əliyev öz çəki dərəcəsində birincidir
Fərdi
9 Yanvar , 2015 12:32
Azərbaycanın 21 güləşçisi dünya reytinq sıralamasında yer alıb

Bakı. 9 yanvar. REPORT.AZ/ Dünya Güləş Birliyi (UWW) sərbəst, yunan-Roma və qadın güləşi üzrə yeni ilin ilk reytinq siyahısını açıqlayıb. "Report"un məlumatına görə, siyahıda azərbaycanlı kişi pəhləvanlardan Hacı Əliyev, Saman Təhmasibi və Rəsul Çunayev, qadınlardan isə Yuliya Ratkeviç yüksək pillələrdə qərarlaşıb.

Sərbəst güləş üzrə dünya çempionu Hacı Əliyev 61 kq çəki dərəcəsində ilk pilləyə sahib çıxıb. 97 kq çəkidə dünya çempionatında gümüş medal qazanmış Xetaq Qazyumov reytinq siyahısında yenə ikincidir.

Qadın güləşçilərin reytinq sıralamasında 2014-cü il dünya çempionatının gümüş mükafatçısı Yuliya Ratkeviç (60 kq) də eyni pillədə qərarlaşıb. 48 kq çəkidə güləşən son dünya çempionatının bürünc medalçısı Mariya Stadnik (48 kq) isə 4-cü pillədədir.

Yunan-Roma güləşi üzrə reytinq siyahısının ilk "3-lüy"ündə azərbaycanlı iki pəhləvanın adı var. Dünya çempionatında gümüş medal qazanan Saman Təhmasibi (85 kq) siyahıda 2-cidir. Dünya çempionatında Azərbaycana bürünc medal qazandıran Rəsul Çunayev (71 kq) isə ilk üçlüyü qapayır.

Qeyd edək ki, UWW-nin reytinq siyahısında hər çəkidə 20 ən güclü güləşçi yer alıb. Azərbaycan sərbəst güləşçilərindən ümumilikdə 10-u, yunan-Roma güləşçilərindən 7-si, qadın güləşçilərdən 4-ü siyahıya düşüb. 

Son xəbərlər

Orphus sistemi