Azərbaycanın 2 güləşçisi Hindistan klubları ilə müqavilə bağlayıb

Azərbaycanın 2 güləşçisi Hindistan klubları ilə müqavilə bağlayıb Hacı Əliyev 36 min dollar, Aslanbek Alborov isə 28 min dollar qazanacaq
Fərdi
3 Yanvar , 2018 17:18
Azərbaycanın 2 güləşçisi Hindistan klubları ilə müqavilə bağlayıb
Report/ Orkhan Azim

Bakı. 3 yanvar. REPORT.AZ/ Azərbaycanın 2 sərbəst güləşçisi yanvarın 9-da start götürəcək Hindistan Liqasında mübarizə aparacaq. "Report"un məlumatına görə, bunlar 3 qat dünya çempionu Hacı Əliyevlə dünya çempionatının mükafatçısı Aslanbek Alborovdur.

65 kq çəki dərəcəsində yer alan Əliyev 36 min dollarlıq müqaviləyə imza atıb. 92 kq çəkidəki Alborovun anlaşmasının dəyəri isə 28 min dollardır. Onlar ayrı-ayrı klubların heyətində çıxış edəcəklər.

Qaydalara əsasən, hər bir klubun heyətində 5 kişi və 4 qadın güləşçi çıxış etməlidir.

Qeyd edək ki, Pro Wrestling League adlanan yarış 3 ildir keçirilir. 

Son xəbərlər

Orphus sistemi