Azərbaycanın 19 karateçisi Premyer Liqa turnirində iştirak edəcək

Azərbaycanın 19 karateçisi Premyer Liqa turnirində iştirak edəcək Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın 19 karateçisi bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə start götürəcək mövsümün ikinci Premyer Liqasında mübarizə aparacaq.
Fərdi
28920
15 Fevral , 2019 09:41
Azərbaycanın 19 karateçisi Premyer Liqa turnirində iştirak edəcək

Bakı. 15 fevral. REPORT.AZ/ Azərbaycanın 19 karateçisi bu gün Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə start götürəcək mövsümün ikinci Premyer Liqasında mübarizə aparacaq.

“Report” xəbər verir ki, Dünya Karate Federasiyasının (WKF) “Karate 1” seriyasına daxil olan nüfuzlu turnirin ilk günündə Firdovsi Fərzəliyev (67 kq), Rafiz Həsənov, Hümmət Baxşəliyev ( hər ikisi 67 kq), Rafael Ağayev (75 kq), Nuranə Əliyeva və İlahə Qasımova (hər ikisi 55 kq), həmçinin İsmayıl Quliyev, Tural Balcanlı və Rövşən Əliyevdən ibarət kata milli komandası tatami üzərinə çıxacaq.

İkinci gündə isə Ayxan Mamayev, Pənah Allahverdiyev, Turqut Həsənov (hamısı 84 kq), Şahin Atamov, Asiman Qurbanlı və Əli Cəfərov (hamısı +84 kq), eləcə də Roman Heydərov (kata) mübarizə aparacaq.

Dubay Premyer Liqasında 86 ölkədən 737 karateçi iştirak edəcək.

Qeyd edək ki, Fransanın paytaxtı Parisdə keçirilmiş mövsümün ilk Premyer Liqa yarışında Rafael Ağayev (75 kq) gümüş medal qazanıb.

Son xəbərlər

Orphus sistemi