Azərbaycanın 14 cüdoçusu Xorvatiyada Qran Pri yarışında iştirak edəcək

Azərbaycanın 14 cüdoçusu Xorvatiyada Qran Pri yarışında iştirak edəcək Bakı. 26 iyul. REPORT.AZ/ İyulun 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Qran Pri yarışı üçün cüdo üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.
Fərdi
26 İyul , 2018 11:17
Azərbaycanın 14 cüdoçusu Xorvatiyada Qran Pri yarışında iştirak edəcək
0 : 00
0 : 00

Bakı. 26 iyul. REPORT.AZ/ İyulun 27-də Xorvatiyanın paytaxtı Zaqrebdə start götürəcək Qran Pri yarışı üçün cüdo üzrə Azərbaycan millisinin heyəti müəyyənləşib.

“Report” xəbər verir ki, yığma 3 gün davam edəcək yarışda 13 kişi və 1 qadın idmançı ilə təmsil olunacaq. Komandanın heyətində Vüqar Şirinli, Kəramət Hüseynov (hər ikisi 60 kq), Nicat Şıxəlizadə, Orxan Səfərov (hər ikisi 66 kq), Rüstəm Orucov, Hidayət Heydərov (hər ikisi 73 kq), Fəqan Quluzadə (81 kq), Məmmədəli Mehdiyev, Tural Səfquliyev (hər ikisi 90 kq), Elxan Məmmədov, Zelim Kotsoyev (hər ikisi 100 kq), Uşanqi Kokauri, Şahin Qəhrəmanov (hər ikisi +100 kq) və İrina Kindzerska (+78 kq) yer alıb.

Qeyd edək ki, yarışda 81 ölkənin 573 idmançısı - 367 kişi və 206 qadın cüdoçusu mübarizə aparacaq.

Son xəbərlər

Orphus sistemi