Azərbaycanın 10 güləşçisi Avropa çempionatında çıxış edəcək

Azərbaycanın 10 güləşçisi Avropa çempionatında çıxış edəcək Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycanın yunan-Roma və qadın güləşi üzrə yığmalarının iyulun 30-da İtaliyanın paytaxtı Romada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.
Fərdi
28 İyul , 2018 13:58
Azərbaycanın 10 güləşçisi Avropa çempionatında çıxış edəcək

Bakı. 28 iyul. REPORT.AZ/ Azərbaycanın yunan-Roma və qadın güləşi üzrə yığmalarının iyulun 30-da İtaliyanın paytaxtı Romada start götürəcək Avropa çempionatı üçün heyəti açıqlanıb.

“Report” xəbər verir ki, avqustun 5-dək davam edəcək yarışda ilk olaraq mübarizəyə yunan-Roma güləşçiləri başlayacaq. Böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında İtaliyaya 7 güləşçi yollanıb. Heyətdə Zaur Əliyev (55 kq), Zaur Nuriyev (60 kq), Kamran Mirzəliyev (63 kq), Məmmədəli Həsənov (67 kq), Ülvi Qənizadə (72 kq), Nəsir Həsənov (77 kq) və Nəzərşah Fətullayev (87 kq) yer alıb.

Qızların mübarizəsində yığma 3 idmançı ilə təmsil olunacaq. Məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında çempionata Yasəmən Məcidli (50 kq), Tatyana Varantsova (53 kq) və Ceyla Nağızadə (65 kq) yollanacaq.

Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edəcək.

Sərbəst güləş yığmasının heyəti qarşıdakı günlərdə elan ediləcək.

Son xəbərlər

Orphus sistemi