​Azərbaycanı Serbiyada təmsil edəcək basketbolçu müəyyənləşib

​Azərbaycanı Serbiyada təmsil edəcək basketbolçu müəyyənləşib Amil Həmzəyev 22 ölkə idmançısına qarşı mübarizə aparacaq
Fərdi
1 Avqust , 2016 15:50
​Azərbaycanı Serbiyada təmsil edəcək basketbolçu müəyyənləşib

Bakı. 1 avqust. REPORT.AZ/ Bakıda Dənizkənarı Bulvarda "Red Bull King of the Rock" təkbətək formatında unikal küçə basketbol yarışının finalı keçirilib. "Report"un məlumatına görə, qalib Amil Həmzayev Serbiyanın paytaxtı Belqradda keçiriləcək dünya finalında Azərbaycanı təmsil etmək hüququnu qazanıb.

Həmzəyevdən əlavə dünya finalında dünyanın 22 ölkəsinin nümayəndələri iştirak edəcəklər. Bunlar Anqola, Belarus, Honq Konq, Gürcüstan, İtaliya, Qazaxıstan, Livan, Litva, Malta, Meksika, Moldova, Polşa, Rusiya, Serbiya, ABŞ, Tayvan, Türkiyə, Tunis, Fransa, Cənubi Afrika və Yaponiya ölkələrinin təmsilçiləri olacaq.

Qeyd edək ki, Azərbaycan ilk dəfə 2013-cü ildə turnirin dünya finalında iştirak edib və ölkəmizi təmsil edən Amil Həmzayev San Fransiskoda küçə basketbolunun 64 ən güclü oyunçusu ilə mübarizə aparıb. 2014-cü ildə yarış Tayvanda Samasana adlı bağlı adada yerləşən atılmış həbsxanada keçirilib və Azərbaycanı Zaur Paşayev təmsil edib.

Son xəbərlər

Orphus sistemi