Azərbaycanda ötən il idman sahəsinə xərclənmiş vəsait açıqlanıb

Azərbaycanda ötən il idman sahəsinə xərclənmiş vəsait açıqlanıb Ötən il Azərbaycanda 53 Olimpiya İdman Kompleksi və idman qurğularına xidmət göstərilməsinə 8,8 milyon manat yönəldilib.
Fərdi
24 May , 2021 11:16
Azərbaycanda ötən il idman sahəsinə xərclənmiş vəsait açıqlanıb

Ötən il Azərbaycanda 53 Olimpiya İdman Kompleksi və idman qurğularına xidmət göstərilməsinə 8,8 milyon manat yönəldilib.

"Report"un məlumatına görə, bu barədə "2020-ci il dövlət büdcəsinin icrası haqqında" qanun layihəsində bildirilir.

Sənəddə həmçinin deyilir ki, məqsəd gənclərin idmana həvəsinin artırılması, onların potensiallarının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsindən ibarətdir.

Lənkəran, Yardımlı, Tərtər, Beyləqan, Neftçala, Goranboy rayonlarında Olimpiya İdman komplekslərinin, Bakıda Azərbaycan Olimpiya Hərəkatı və İdman Muzeyinin tikintisi və Respublika Olimpiya Mərkəzinin təmiri üçün 33,6 milyon manat, Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun yenidən qurulmasına 5 milyon manat vəsait sərf edilib.

2020-ci ildə bədən tərbiyəsi və gənclər siyasəti üzrə isə ümumilikdə 34,1 milyon manat xərc çəkilib.

Son xəbərlər

Orphus sistemi