Azərbaycanda keçiriləcək gimnastika üzrə beynəlxalq tədbirlərin siyahısı açıqlanıb

Azərbaycanda keçiriləcək gimnastika üzrə beynəlxalq tədbirlərin siyahısı açıqlanıb 3 növ üzrə Dünya Kuboku Bakıda təşkil olunacaq
Fərdi
27 Sentyabr , 2016 17:47
Azərbaycanda keçiriləcək gimnastika üzrə beynəlxalq tədbirlərin siyahısı açıqlanıb

Bakı. 27 sentyabr. REPORT.AZ/ Azərbaycan Gimnastika Federasiyası (AGF) 2017-ci ilin ilk 5 ayı ərzində Bakıda 7 beynəlxalq gimnastika tədbiri təşkil edəcək. 

"Report"un AGF-nin rəsmi saytına istinadən verdiyti məlumata görə, tədbirlərə ilk olaraq 3 hakimlik kursu ilə start veriləcək. 

Qaydalara əsasən, yeni Olimpiya dövründə hər gimnastika növü üzrə yalnız bir qitələrarası və bir neçə beynəlxalq hakimlik kursları keçirilir. Rəsmi yarışlarda iştirak hüququna malik olmaq üçün bütün hakimlər bu kurslarda Beynəlxalq Gimnastika Federasiyası (FIG) tərəfindən verilən hakimlik dərəcələrini əldə etməlidirlər.

2017 - 2020 Olimpiya dövründə Bakı ilk dəfə ən yüksək hakimlik dərəcələrinin təqdim edildiyi FIG-in bədii gimnastika üzrə Qitələrarası Hakimlik kurslarına 17 - 21 yanvar tarixlərində ev sahibliyi edəcək.

Bunun ardınca, 26 - 30 yanvarda Bakıda bədii gimnastika üzrə bu dəfə ingilis dilli Beynəlxalq Hakimlik kursları təşkil olunacaq.

6 - 9 fevralda kişilər arasında idman gimnastikası üzrə Beynəlxalq Hakimlik kurslarında yerli və xarici hakimlər öz dərəcələrini təsdiq etmək və ya artırmaq imkanından yararlana biləcəklər. Bu gimnastika növü üzrə kurslar ölkəmizdə daha öncə 2007-ci ildə keçirilb.

Hakimlik kurslarından dərhal sonra tamaşaçılar 2016-cı ildə olduğu kimi 3 gimnastika növündə (batut gimnastikası - 18-19 fevral, idman gimnastikası - 16-19 mart, bədii gimnastika - 28-30 aprel) məşhur idmançıların iştirakı ilə FIG Dünya Kuboku, AGF Trophy yarışlarını izləmək şansı əldə edəcək.

Sadalanan tədbirlərlə yanaşı, 6-7 mayda FIG Şurasının üzvləri ilk dəfə Azərbaycan paytaxtında toplaşacaqlar. Beləliklə, növbəti Olimpiya dövrünün ilk mühüm qərarları Bakıdakı iclasda qəbul ediləcəkdir.

Daha sonra müsəlman ölkələrindən olan idmançılar Azərbaycanda IV İslam Həmrəyliyi Oyunları (12 - 22 may) çərçivəsində 3 gimnastika növü (kişi idman gimnastikası, qadın idman gimnastikası, bədii gimnastika) üzrə yarışlarda mübarizə aparacaqlar. 

Son xəbərlər

Orphus sistemi