Azərbaycanda ilin idmançısı müəyyənləşib

Azərbaycanda ilin idmançısı müəyyənləşib Azərbaycanda ilin ən yaxşı idmançısı bəlli olub.
Fərdi
237
13 Dekabr , 2021 13:00
Azərbaycanda ilin idmançısı müəyyənləşib
İrina Zaretska

Azərbaycanda ilin ən yaxşı idmançısı müəyyənləşib.

"Report"un məlumatına görə, bu, İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri-2021" layihəsində jurnalistlər arasında keçirdiyi sorğuya əsasən bəlli olub.

Avropa, dünya çempionu və Tokio-2020 Yay Olimpiya Oyunlarının gümüş medalçısı karateçi İrina Zaretska 20 səslə bütün rəqiblərini qabaqlayıb. Yunan-Roma güləşçisi Rafiq Hüseynov 15 xalla ikinci olub. Para-atlet Lamiyə Vəliyeva 6, sərbəst güləşçi Hacı Əliyev 5, cüdoçu İrina Kindzerska 4, boksçu Alfonso Dominges 2, qadın güləşçi Mariya Stadnik isə 1 səs toplayıb.

Qeyd edək ki, "İlin Qalibləri-2021" layihəsinin baş sponsoru "Azfar Group", sponsoru Azərbaycanın ilk idman geyimi brendi "Il`Azero", informasiya dəstəkçisi "Report", təşkilati dəstəkçisi Bakı Olimpiya Stadionudur.

Son xəbərlər

Orphus sistemi