Azərbaycanda hazırlıq keçən məşhur qadın güləşçi karyerasını başa vurub

Azərbaycanda hazırlıq keçən məşhur qadın güləşçi karyerasını başa vurub Stanka Zlateva zədələr üzündən bu addımı atdığını bildirib
Fərdi
19 Yanvar , 2016 11:37
Azərbaycanda hazırlıq keçən məşhur qadın güləşçi karyerasını başa vurub

Bakı. 19 yanvar. REPORT.AZ/ Bolqarıstanın məşhur qadın güləşçisi Stanka Zlateva karyerasını başa vurub. "Report"un məlumatına görə, 33 yaşlı idmançı belindəki zədələr üzündən bu addımı atdığını açıqlayıb.

O, bir neçə ildir başlanan ağrıların güləşməsinə mane olduğunu bildirib: "Müalicə uzun çəkdi. Apreldə keçiriləcək Olimpiya Təsnifat Turnirinə hazırlaşmaq şansım var idi. Amma 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarında rəqabət apara bilməyəcəyəmsə, indidən dayanmağım daha yaxşı olardı. Bu, əvvəl-axır baş verməli idi".

Zlateva fəaliyyətini məşqçi kimi davam etdirəcək. Bolqarıstan Güləş Federasiyası ona yeniyetmələrdən ibarət yığmanın sükanı arxasına keçməyi təklif edib.

Qeyd edək ki, Stanka Zlateva 72 kq çəki dərəcəsində 5 qat dünya və 6 qat Avropa çempionluğu ilə yanaşı, 2008-ci il Pekin, 2012-ci il London Yay Olimpiya Oyunlarının gümüş mükafatçısı olub. O, son illər Azərbaycanın qadın güləşi üzrə milli komandasına rəhbərlik edən şəxsi məşqçisi Semyon Şterevin rəhbərliyi altında Bakıda hazırlıq keçib. 

Son xəbərlər

Orphus sistemi