Azərbaycanda daha 4 Olimpiya Kompleksi tikiləcək

Azərbaycanda daha 4 Olimpiya Kompleksi tikiləcək Onlardan 2-si bu il istifadəyə veriləcək
Fərdi
173
30 Yanvar , 2018 12:56
Azərbaycanda daha 4 Olimpiya Kompleksi tikiləcək

Bakı. 30 yanvar. REPORT.AZ/ "2018-ci ildə dörd şəhərdə Olimpiya İdman mərkəzləri tikilməlidir". 

"Report"un məlumatına görə, bunu “Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının dördüncü ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyev deyib. 

Dövlət başçısı bildirib ki, Olimpiya mərkəzlərindən ikisi bu il, ikisi isə gələn il istifadəyə veriləcək. 

Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova "Report"a açıqlamasında bu il Lənkəran və Beyləqan, gələn il isə Goranboy və Tərtər Olimpiya komplekslərinin istifadəyə veriləcəyini bildirib. 

Lənkəran Olimpiya Kompleksi yenidən, qalanları isə ilk dəfə tikiləcək. 

Qeyd edək ki, hazırda Azərbaycanda 43 Olimpiya Kompleksi fəaliyyətdədir. 

Son xəbərlər

Orphus sistemi