Azərbaycanda cüdo ilə bağlı yeniliklərin tətbiq olunacağı vaxt açıqlanıb

Azərbaycanda cüdo ilə bağlı yeniliklərin tətbiq olunacağı vaxt açıqlanıb Azərbaycan Cüdo Federasiyası (ACF) Bakı Olimpiya Stadionunda yerləşən "Neftçi" İdman Klubunun təlim-məşq mərkəzində Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022 - 2024 olimpiya dövrü üçün elan etdiyi yeni qaydalar haqqında seminar təşkil edib.
Fərdi
128
24 Yanvar , 2022 19:28
Azərbaycanda cüdo ilə bağlı yeniliklərin tətbiq olunacağı vaxt açıqlanıb

Azərbaycan Cüdo Federasiyası (ACF) Bakı Olimpiya Stadionunda yerləşən "Neftçi" İdman Klubunun təlim-məşq mərkəzində Beynəlxalq Cüdo Federasiyasının (IJF) 2022 - 2024 olimpiya dövrü üçün elan etdiyi yeni qaydalar haqqında seminar təşkil edib.

"Report"un məlumatına görə, beynəlxalq dərəcəli hakim Vladimir Nutsubidzenin keçdiyi seminarın ilk günündə hakimlərlə yanaşı, Azərbaycanın yığmalarının məşqçiləri və idmançıları, həmçinin müxtəlif klubların, cəmiyyətlərin və idman komandalarının məşqçiləri iştirak ediblər.

Təlimdə tətbiq olunan yeni qaydalar haqqında ətraflı məlumat verilib və bir sıra fəndlər əyani şəkildə nümayiş etdirilib. Yeni qaydalar daxili yarışlarda bu ilin mart ayından tətbiq olunmağa başlanacaq.

Bundan əlavə, seminarla bağlı videoçarx yaxın günlərdə federasiyanın sosial şəbəkə hesablarında yayımlanacaq.

Qeyd edək ki, seminarın sonuncu - ikinci günü “Atilla” və “Cüdo 2012” İdman Klublarının təlim-məşq mərkəzlərində baş tutacaq.

Son xəbərlər

Orphus sistemi