Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası dondurulub Azad Rəhimov: "Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir"
Fərdi
162
23 Oktyabr , 2017 15:00
Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası dondurulub

Bakı. 23 oktyabr. REPORT.AZ/ Azərbaycanda bəzi Olimpiya komplekslərinin inşası maliyyə məsələləri üzündən dondurulub.

Bu barədə "Report"a gənclər və idman naziri Azad Rəhimov məlumat verib. Onun sözlərinə görə, söhbət layihə-smeta işləri aparılan, bünövrəsi qoyulan komplekslərdən gedir: "Hazırda belə idman qurğularının inşasının tam şəkildə maliyyələşdirilməsi və açılışa hazırlanması bir qədər çətindir. 2018-ci ildə maliyyə vəziyyəti dəyişsə və daha çox imkanlar olsa, tikintiyə başlaya bilərik".

Əvəzində A.Rəhimov tikilməkdə olan komplekslərin istifadəyə veriləcəyini vurğulayıb: "Bu il Ağcəbədi və Abşeronda iki kompleks açılışa hazırdır. Gələn il Lənkəran və Yardımlıda açılış nəzərdə tutulub. Yəni komplekslər hissə-hissə açılır". 

Son xəbərlər

Orphus sistemi