Azərbaycanda badmintonla bağlı proqramın icrasına başlanıldı

Azərbaycanda badmintonla bağlı proqramın icrasına başlanıldı Azərbaycanda ilk dəfə “Shuttle Time” proqramının tətbiqinə start verilib.
Fərdi
109
31 May , 2021 00:03
Azərbaycanda badmintonla bağlı proqramın icrasına başlanıldı

Azərbaycanda ilk dəfə “Shuttle Time” proqramının tətbiqinə start verilib.

Azərbaycan Badminton Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, proqram Dünya Badminton Federasiyası ilə birgə əməkdaşlığının nəticəsi olaraq “BWF Membership Grants” layihəsi çərçivəsində gerçəkləşdirilir.

Əvvəlcə Lənkəranda idman müəllimləri üçün 4 günlük təlimlər keçirilib. Təlim iştirakçıları badmintonun nəzəri və praktik biliklərinə yiyələnib. 1 - 4 iyunda Qusar, 8 - 11 iyunda Bakı, 15 - 18 iyunda Sumqayıt və 22 - 25 iyunda Gəncədə “Shuttle Time” proqramı təşkil olunacaq.

Layihənin əsas məqsədi ölkədə badmintonun kütləviliyinə nail olmaq, məktəblilər arasında bu idman növünə maraq oyatmaq və gənc badminton məşqçiləri hazırlamaqdır.

“Shuttle Time” proqramı Dünya Badminton Federasiyası, Avropa Badminton Konfederasiyası, Azərbaycan Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə həyata keçirilir.

Son xəbərlər

Orphus sistemi