​Azərbaycanda Avropa Qran-pri yarışlarının keçirilməsi üçün yolun hazırlanması işləri gələn həftə başlayacaq

​Azərbaycanda Avropa Qran-pri yarışlarının keçirilməsi üçün yolun hazırlanması işləri gələn həftə başlayacaq German Tilke: "Biz yolun lahiyələndirmə işlərini başa çatdırmışıq"
Fərdi
202
30 İyun , 2015 16:10
​Azərbaycanda Avropa Qran-pri yarışlarının keçirilməsi üçün yolun hazırlanması işləri gələn həftə başlayacaq

Bakı. 30 iyun. REPORT.AZ/ " Azərbaycanda Avropa Qran-pri yarışlarının keçirilməsi üçün yolun hazırlanması işləri gələn həftə başlayacaq". "Report" sports.ru-ya istinadən xəbər verir ki, bunu Formula-1 yarışlarının keçirələcəyi trassların layihə rəhbəri German Tilke deyib.

"Biz yolun lahiyələndirmə işlərini başa çatdırmışıq, lakin Bakıda keçirilən Avropa Oyunlarına görə işlərə başlaya bilmirdik. Əlbəttə, onlar Oyunların getdiyi bir vaxtda şəhərdə böyük tikinti işlərinin aparılmasını istəmədilər", - Tilke bildirib.

G.Tilkenin sözlərinə görə, işçilər bir sıra xırda işləri görməlidirlər: "Lakin, məhz belə xırda məqamlar son nəticədə böyük və bütöv bir obyektin yaranmasına gətirib çıxarır".

Son xəbərlər

Orphus sistemi