Azərbaycan yığmasının İslamiadada Kamerunla oyun üçün heyəti açıqlanıb

Azərbaycan yığmasının İslamiadada Kamerunla oyun üçün heyəti açıqlanıb Start heyətə yaşı 23-dən yuxarı olan 3 futbolçu salınıb
Fərdi
8 May , 2017 17:51
Azərbaycan yığmasının İslamiadada Kamerunla oyun üçün heyəti açıqlanıb

Bakı. 8 may. REPORT.AZ/ Bu gün IV İslam Həmrəyliyi Oyunları çərçivəsində Kamerunla üz-üzə gələcək futbol üzrə Azərbaycan milli komandasının heyəti açıqlanıb. 

"Report"un məlumatına görə, baş məşqçi Yaşar Vahabzadə əsas heyətdə yaşı 23-ü keçən 3 futbolçuya yer verib. Bunlar Ruslan Abışov, Ağabala Ramazanov və Rəşad Sadiqovdur.

Azərbaycan: 1. Şahruddin Məhəmmədəliyev, 2. Rahil Məmmədov, 5. Sadiq Quliyev, 6. Rəşad Sadiqov, 9. Ağabala Ramazanov, 11. Mahir Mədətov, 15. Ruslan Abışov (kap.), 17. Mirabdulla Abbasov, 19. Məqsəd İsayev, 20. Azər Salahlı, 21. Vüqar Mustafayev

Ehtiyat oyunçular: 22. Emil Balayev, 3. Azad Kərimov, 4. Adil Nağıyev, 7. Coşqun Diniyev, 8. Elşən Abdullayev, 10. Orxan Əliyev, 12. Tərlan Əhmədli, 13. Elnur Cəfərov, 14. Yusif Nəbiyev, 16. Elvin Camalov, 18. Tellur Mütəllimov, 23. Fəhmin Muradbəyli

Baş məşqçi: Yaşar Vahabzadə

Qeyd edək ki, "Bayıl Arena"da keçiriləcək görüş saat 18:30-da başlanacaq. A qrupundakı digər görüşdə Mərakeş Səudiyyə Ərəbistanını mğlub edib - 1:0. 

Son xəbərlər

Orphus sistemi