Yuxarı
    Bağlamaq

    ​Azərbaycan yığmasının Dünya Kuboku üçün heyəti açıqlanıb

    Yarışda 12 güləşçi mübarizə aparacaq

    Bakı. 13 may. REPORT.AZ/ Mayın 19-da İranın Şiraz şəhərində start götürəcək yunan-Roma güləşi üzrə böyüklər arasında Dünya Kuboku üçün Azərbaycan yığmasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, 2 gün davam edəcək yarışa yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Turac Hüseynlinin rəhbərliyi altında 12 güləşçi yollanacaq.

    Azərbayanı Taleh Məmmədov, Sakit Quliyev (hər ikisi 59 kq), Kamran Məmmədov, Elman Muxtarov (hər ikisi 66 kq), Rüstəm Əliyev, Ruhin Mikayılov (hər ikisi 71 kq), Şəmistan Quluzadə (75 kq), Emin Əhmədov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev, Türmən Eyyubov (hər ikisi 98 kq) və Oyan Nəzəriani (130 kq) təmsil edəcək.

    Proqrama əsasən, mayın 19-da qrup görüşləri keçiriləcək. Qrup liderləri finalda, qrup ikinciləri isə 3-cülük uğrunda görüşəcək.

    Azərbaycan güləşçiləri B qrupunda İran, Türkiyə və Ukrayna komandaları ilə mübarizə aparacaq. A qrupunda isə Rusiya, Belarus, Almaniya və Qazaxstan komandaları qüvvələrini sınayacaq.

    Görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

    Qeyd edək ki, ötən il keçirilmiş analoji yarışda Azərbaycanın yunan-Roma güləşçiləri Dünya Kubokunu qazanıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi