Yuxarı
    Bağlamaq

    Azərbaycan yığmasının 3 güləşçisi beynəlxalq turnirə qatılacaq

    Eldəniz Əzizli, Azad Əliyev və Rövşən Tağıyev Qazaxıstanda yarışacaqlar

    Bakı. 17 aprel. REPORT.AZ/ Qazaxstanın Çimkənd şəhərində aprelin 20-də akademik Safarbayevin xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə XXIV beynəlxalq turnirində Azərbaycan yığması 3 idmançı ilə təmsil olunacaq.

    "Report" xəbər verir ki, məşqçi Turac Hüseynlinin rəhbərliyi altında Eldəniz Əzizli (59 kq), Azad Əliyev və Rövşən Tağıyev (hər ikisi 66 kq) turnirdə mübarizə aparacaq.

    Qeyd edək ki, yarışa aprelin 22-də yekun vurulacaq.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi