Azərbaycan yığması olimpiada üçün növbəti lisenziya xallarını qazanıb

Azərbaycan yığması olimpiada üçün növbəti lisenziya xallarını qazanıb Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Peninsular” yarışı start götürüb.
Fərdi
15 Oktyabr , 2019 14:47
Azərbaycan yığması olimpiada üçün növbəti lisenziya xallarını qazanıb

Malayziyada Beynəlxalq Velosipedçilər İttifaqının 2.1 kateqoriyalı “Tour of Peninsular” yarışı start götürüb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından "Report"a verilən məlumata görə, 20 komandanın tərkibində 115 velosipedçinin iştirak etdiyi veloturun 1-ci mərhələsində Azərbaycan yığmasının üzvü qalib olub. 

196 km-lik ilk yarış günündə Elçin Əsədov məsafəni 3 saat, 57 dəqiqə, 26 saniyəyə başa vurmaqla finiş xəttini 1-ci keçib. Bu nəticə ilə velosipedçi ümumi təsnifatın birincisi kimi lider üçün nəzərdə tutulan sarı köynəyi də ələ keçirib. Bundan başqa, mərhələ qalibiyyəti Azərbaycan yığmasının aktivinə 2020-ci il Tokio Yay Olimpiya Oyunları üçün 14 lisenziya xalı qazandırıb.

1-ci mərhələni ilk onluqda bitirənlər arasında komandanın digər üzvü Samir Cəbrayılov da olub. O fotofinişə əsasən 7-ci yeri tutub. Sabah keçiriləcək 2-ci yarış günündə iştirakçılar 198 km məsafə qət edəcəklər. 

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, Olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək və reytinqin ilk 50 pilləsində yer alacaq ölkələr Tokio-2020 Yay Olimpiya Oyunlarında iştirak hüququ qazanacaqlar.

Son xəbərlər

Orphus sistemi