Bakı. 14 dekabr. REPORT.AZ/ Sərbəst güləş üzrə Azərbaycan yığması bu gün növbəti təlim-məşq toplanışına başlayıb.
"Report" Federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, yanvarda Rusiyanın Mahaçqala şəhərində hazırlıq keçən komanda bu dəfə ölkənin digər şəhəri olan Kislovodska yollanıb.
Fevralın 27-dək davam edəcək hazırlıq prosesinə baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Zəlimxan Hüseynov, məşqçilər Arif Abdullayev və Sadruddin Ayqubovun rəhbərliyi altında 16 güləşçi qatılıb. Toplanışda fiziki yükləmələrlə yanaşı, taktiki-texniki hazırlığa da diqqət yetiriləcək.
Qeyd edək ki, müxtəlif səbəblərdən Mahaçqala toplanışını buraxan Georgi Edişeraşvili (57 kq), Hacı Əliyev (65 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) da Kislovodska yollanıb.