Yuxarı
    Bağlamaq

    ​Azərbaycan yığmasının ilk Avropa çempionatı üçün heyəti açıqlanıb

    Yarış Polşada keçiriləcək

    Bakı. 19 mart. REPORT.AZ/ Polşanın Valbrzix şəhərində 23 yaşadək güləşçilər arasında keçiriləcək güləş üzrə Avropa çempionatı üçün Azərbaycan milli komandasının heyəti açıqlanıb. "Report"un məlumatına görə, sərbəst, yunan-Roma və qadın güləşçiləri tam heyətlə mübarizə aparacaqlar. 

    Martın 24-də start götürəcək çempionatda ilk olaraq sərbəst güləşçilər çıxış edəcəklər. Yığmanın böyük məşqçisi Əsgərxan Novruzov və məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında Polşaya Mircəlal Həsənzadə (57 kq), Əhmədnəbi Qvarzatilov (61 kq), Məhəmməd Müslümov (65 kq), Murad Süleymanov (70 kq), Məhəmmədhacı Muxutov (74 kq), Məhəmmədhacı Xatiyev (86 kq), Nurməhəmməd Hacıyev (97 kq) və Əli Maqomedabirov (125 kq) yollanacaq.

    Martın 26-dan çempionatda qızlar mübarizəyə qoşulacaq. Böyük məşqçi Yaqub Məmmədov və məşqçi Aslan Ağayevin rəhbərliyi altında çempionatda 6 güləşçi - Patimat Baqomedova (48 kq), Solmaz Həşimzadə (53 kq), Alyona Kolesnik (55 kq), Elmira Qəmbərova (63 kq), Elis Monolova (69 kq) və Səbirə Əliyeva (75 kq) təmsil edəcək. Qızların yarışı 2 gün davam edəcək.

    Avropa çempionatının son iki günündə isə mübarizəyə yunan-Roma güləşçiləri qoşulacaq. Yığma komandanın böyük məşqçisi Şaban Donat və məşqçi Zöhrab Abbasovun rəhbərliyi altında çempionata Eldəniz Əzizli (59 kq), Rövşən Tağıyev (66 kq), Ceyhun Əliyev (71 kq), Fuad Əliyev (75 kq), Tural Daşdəmirov (80 kq), İslam Abbasov (85 kq), Orxan Nuriyev (98 kq) və Oyan Nərəziani (130 kq) yollanacaq.

    Çempionatda görüşlərin idarə edilməsində Azərbaycanı beynəlxalq dərəcəli hakim Qərib Əliyev təmsil edəcək.

    Qeyd edək ki, ilk dəfə keçiriləcək çempionatda 19 - 23 yaşlı idmançılar mübarizə aparacaq. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi