Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayır

Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayır Sergey Bezuqlıy - Maksim Prokopenko duetinin rəqibləri arasında millinin sabiq üzvləri də var
Fərdi
1 May , 2015 10:20
Azərbaycan yığması Avropa çempionatında mübarizəyə başlayır

Bakı. 1 may. REPORT.AZ/ Bu gün Çexiyanın Raçitse şəhərində kayak və kanoe üzrə Avropa çempionatı start götürəcək. "Report"un məlumatına görə, ilk yarış günündə Azərbaycan təmsilçiləri də seçmə mübarizəyə başlayacaqlar. 

Anatoli Melnik 1 nəfərlik kanoe qayığı (C-1) ilə həm 1000 metr, həm də 500 metr, Sergey Bezuqlıy - Maksim Prokopenko dueti 2 nəfərlik kanoe qayığı (C-2) ilə 1000 metr, olimpiya çempionu İnna Osipenko-Radomskaya və Mirnazim Cavadov 1 nəfərlik kayak qayığı ilə 500 metr məsafəyə ilk yürüşdə iştirak edəcəklər. 

Qeyd edək ki, Sergey Bezuqlıy - Maksim Prokopenko duetinin rəqibləri arasında Azərbaycan yığmasının sabiq üzvləri də olacaq. Bunlar hazırda Türkiyəni təmsil edən Nikolay Matviyçuk və Adnan Əliyevdən ibarət duetdir. 

Qeyd edək ki, Avropa çempionatına mayın 3-də yekun vurulacaq.    

Son xəbərlər

Orphus sistemi