Azərbaycan yığma komandalarının Parisə gedəcək heyəti açıqlanıb

Azərbaycan yığma komandalarının Parisə gedəcək heyəti açıqlanıb Toğrul Əsgərov və Şərif Şərifov da Parisdə çıxış edəcək
Fərdi
29 Yanvar , 2015 12:08
Azərbaycan yığma komandalarının Parisə gedəcək heyəti açıqlanıb

Bakı. 29 yanvar. REPORT.AZ/ Yanvarın 31-də Fransanın paytaxtı Parisdə başlanacaq sərbəst, yunan-Roma və qadın güləşi üzrə Qran Pri yarışı üçün Azərbaycan yığma komandalarının heyəti açıqlanıb. "Report"un məlumatına görə, iki gün davam edəcək turnirdə Azərbaycan hər 3 növ üzrə təmsil olunacaq.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Firdovsi Umudovun rəhbərliyi altında sərbəst güləş yığmasının 10 üzvü Parisə yollanıb. Heyətdə Yaşar Əliyev, Mircəlal Həsənzadə (hər ikisi 57 kq), Hacı Əliyev (61 kq), Məhəmməd Müslümov (65 kq), Toğrul Əsgərov, Ruslan Dibirhacıyev (hər ikisi 70 kq), Cəbrayıl Həsənov (74 kq), Həmzət Osmanov (86 kq), Şərif Şərifov (97 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) yer alıb.

Qadın güləşçilər - Solmaz Həşimzadə (53 kq), Alyona Kolesnik (55 kq), İrina Netreba (58 kq), Natalya Sinişin (60 kq), Elmira Qəmbərova (63 kq), Nadya Muşka (69 kq) və Səbirə Əliyeva (76 kq) turnirdə baş məşqçi Semyon Çterev və məşqçi Konstantin Konorevin rəhbərliyi altında mübarizə aparacaq.

Yunan-Roma güləşçiləri isə böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında turnirə qatılacaq. Heyətə Murad Məmmədov (59 kq), Kamran Məmmədov, Ruhin Mikayılov (hər ikisi 66 kq), Ceyhun Əliyev (71 kq), Niyaməddin İbrahimov (75 kq), Elvin Mürsəliyev (80 kq), İslam Abbasov (85 kq) və Orxan Nuriyev (98 kq) daxil edilib. Bu komandanın əsas üzvləri 19-20 fevralda İranın paytaxtı Tehranda keçiriləcək Dünya Kubokuna aparılacaqlar.

Yarışın proqramına əsasən, yanvarın 31-də qadın güləşçilər 48 kq, 55 kq, 60 kq və 69 kq, yunan-Roma güləşçiləri 66 kq, 71 kq, 80 kq və 98 kq, sərbəst güləşçilər 57 kq, 65 kq, 74 kq və 97 kq çəki dərəcələrində mübarizə aparacaqlar. Ertəsi gün qadın güləşçilər 53 kq, 58 kq, 63 kq və 75 kq, yunan-Roma güləşçiləri 59 kq, 75 kq, 85 kq və 130 kq, sərbəst güləşçilər 61 kq, 70 kq, 86 kq və 125 kq çəkilərdə çıxış edəcəklər.

Qeyd edək ki, görüşləri idarə edənlər arasında azərbaycanlı beynəlxalq dərəcəli hakim Hüseynağa Əhmədov da yer alacaq. 

Son xəbərlər

Orphus sistemi