Azərbaycanın veteran məşqçisi dünyasını dəyişib

Azərbaycanın veteran məşqçisi dünyasını dəyişib Azərbaycanın bədii gimnastika üzrə əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nina Fyodorovna Hacıbəylinskaya dünyasını dəyişib
Fərdi
9 fevral 2022 09:09
Azərbaycanın veteran məşqçisi dünyasını dəyişib

Azərbaycanın bədii gimnastika üzrə əməkdar məşqçisi, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü Nina Hacıbəylinskaya dünyasını dəyişib.

"Report" Azərbaycan Gimnastika Federasiyasının (AGF) rəsmi saytına istinadən xəbər verir ki, N.Hacıbəylinskaya 95 yaşında vəfat edib.

AGF bütün gimnastika ictimaiyyəti adından mərhumun ailə üzvlərinə dərin hüznlə baş sağlığı verib və onlara səbr diləyib.

Qeyd edək ki, Nina Fyodorovna Hacıbəylinskaya Azərbaycanın bədii gimnastika üzrə SSRİ idman ustası, SSRİ çempionatının bürünc medalçısı, Ümumittifaq dərəcəli hakimi olub. O, yeniyetmələr, gənclər və böyüklər üzrə yığma komandaların baş məşqçisi kimi fəaliyyət göstərib.

Son xəbərlər

Orphus sistemi