Azərbaycan velosipedçisi "Tour de Maroc" yarışının qalibi olub

Azərbaycan velosipedçisi "Tour de Maroc" yarışının qalibi olub Kiril Pozdnyakov 148,7 km məsafəni hamıdan tez başa vurub
Fərdi
8 Aprel , 2017 09:39
Azərbaycan velosipedçisi Tour de Maroc yarışının qalibi olub

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycanın kontinental velosiped komandası "Synergy Baku" Mərakeşdə təşkil olunan "Tour de Maroc" yarışına uğurla başlayıb.

Azərbaycan Velosiped İdmanı Federasiyasından “Report”a verilən məlumata görə, yarışın ilk mərhələsi milli komandanın üzvü Kiril Pozdnyakovun qələbəsi ilə yekunlaşıb.

148,7 km məsafəni hamıdan tez - 3 saat, 31 dəqiqə, 51 saniyəyə başa vuran K. Pozdnyakov ən yaxın izləyicisini 13 saniyə qabaqlamaqla "solo-finiş" edib. İlk mərhələdəki qalibiyyət velosipedçini həm də ümumi təsnifatın lideri edib. O, həmçinin sprinterlərin mübarizəsində də birinci pilləyə yüksəlib.

İlk mərhələni “20-lik”də başa vuran velosipedçilər arasında "Synergy Baku"nun daha 2 üzvü var. Elçin Əsədov 9-cu, Yosip Rumaç 14-cü olub.

Qeyd edək ki, 10 gün davam edəcək "Tour de Maroc" "Synergy Baku" üçün 3 – 7 mayda keçiriləcək "Tour d'Azerbaidjan" yarışına hazırlığının əsas hissəsini təşkil edir.

Son xəbərlər

Orphus sistemi