Yuxarı
    Bağlamaq

    Azərbaycan velosipedçiləri beynəlxalq turnirdə 2 qızıl, 1 bürünc medal qazanıblar

    Olqa İsmayılova 2 məsafəyə yürüşdə hamıdan üstün olub

    Bakı. 9 fevral. REPORT.AZ/ Azərbaycanın trek velosipedi üzrə yığma komandası Portuqaliyada Beynəlxalq Velosipedçilər İttifaqının 2-ci kateqoriyalı “Troféu CAR Anadia” turnirində 2 qızıl və 1 bürünc qazanıb. Velosiped İdmanı Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yarışda qızıl medallara Olqa İsmayılova sahib olub.

    O, həm 200 metr, həm də 500 metr məsafəyə yürüşdə bütün rəqiblərini qabaqlayıb. Bürünc medalı isə 18 yaşlı Nicat Niftəliyev 200 metr məsafəyə sprint yarışında əldə edib.

    Qeyd edək ki, “Troféu CAR Anadia”da 10 ölkənin 100-dən artıq idmançısı mübarizə aparıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi