Azərbaycan velosiped komandası çempion olub

Azərbaycan velosiped komandası çempion olub Xorvatiyada keçirilən yarışda 30 komanda iştirak edib
Fərdi
16 Mart , 2015 17:07
Azərbaycan velosiped komandası çempion olub

Bakı. 16 mart. REPORT.AZ/ Azərbaycanın kontinental velosiped komandası “Synergy Baku” 2015-ci ildə ilk qalibiyyətini əldə edib. 

“Report"un məlumatına görə, Xorvatiyada 30 komandanın iştirakı ilə təşkil edilən Beynəlxalq Velosipedçilər İttifaqının 2.2 kateqoriyalı “Istrian Spring Trophy” yürüşü komandanın üzvü Markus Eybegerin çempionluğu ilə yadda qalıb.

Xorvatiyada Maksim Averin, İsmayıl İlyasov, Markus Eybeger, Dennis van Vinden və Yannis Tamuridisdən ibarət heyətlə yarışan "Synergy Baku" əla komanda yürüşü sərgiləyib. Azərbaycan təmsilçiləri 1-ci mərhələdə 2-ci, 2-ci mərhələdə isə 1-ci olmaqla ümumi liderliyi ələ keçirən Eybegerin sonuncu yarış günündə də lazımi nəticəni əldə etməsinə şərait yaradıb.

156 km-dən ibarət bu mərhələdə Markus Eybeger yalnız 49-cu yeri tutsa da, ən yaxın izləyicisi, Rusiyanın "İtera-Katyuşa" komandasının üzvü Sergey Nikolayevlə 8 saniyəlik fərqi qoruyub və bununla da yarışın qalibinə verilən "sarı köynəyi" qazanmaqla "Synergy Baku"ya 2015-ci ildə ilk çempionluq sevinci yaşadıb.

Son xəbərlər

Orphus sistemi