Azərbaycan üzgüçüsü Dünya Kubokunun qalibi olub

Azərbaycan üzgüçüsü Dünya Kubokunun qalibi olub Şemberev 400 metr məsafəyə kompleks üzmək üzrə qızıl medal qazanıb
Fərdi
5 Oktyabr , 2017 02:35
Azərbaycan üzgüçüsü Dünya Kubokunun qalibi olub

Bakı. 5 oktyabr. REPORT.AZ/ Azərbaycan üzgüçüsü Maksim Şemberev Dohada (Qətər) keçirilən üzgüçülük üzrə Dünya kuboku mərhələsinin qalibi olub.

"Report" xəbər verir ki, Şemberov 400 metr məsafəyə kompleks üzməkdə 4.06,72 dəqiqəlik nəticə ilə Ayrton Suini (CAR), Gergeli Dyurta (Macarıstan) və Daniil Pasınokvu (Rusiya) qabaqlayıb.

Yarış 2 gün davam edəcək.

Kompleks. 400 m

1. Maksim Şemberev (Azərbaycan) – 4.06,72.

2. Ayrton Suini (CAR) – 4.07,04.

3. Gergeli Dyurta (Macarıstan) – 4.09,58.

4. Daniil Pasınkov (Rusiya) – 4.10,38.

Son xəbərlər

Orphus sistemi