Azərbaycan üzgüçüləri lisenziya xarakterli turnirdə 10 medal qazanıb

Azərbaycan üzgüçüləri lisenziya xarakterli turnirdə 10 medal qazanıb Bu barədə Fərid Bənənyarlı məlumat verib
Fərdi
121
3 Mart , 2021 16:33
Azərbaycan üzgüçüləri lisenziya xarakterli turnirdə 10 medal qazanıb

Azərbaycan üzgüçüləri Latviyanın paytaxtı Riqada Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakterli turnirdə 4 qızıl, 4 gümüş 2 bürünc medal qazanıb.

Bu barədə "Report"a Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Fərid Bənənyarlı məlumat verib.

Onun sözlərinə görə, pandemiya dövründə quru məşqlərin davam etdirilməsindən və xaricdəki təlim-məşq toplanışlarından sonra bu yarışda idmançılara şans verilib. "Sayca 97-ci dəfə keçirilən turnir lisenziya xarakterli olduğundan, çox əhəmiyyətli idi. Yarışda Maksim Şemberev 400 metr məsafəyə qarışıq üsul və 1500 metr sərbəst üsulla üzmədə qızıl medal qazandı, Fatimə Alkərəmova isə 400 və 800 metr məsafədə sərbəst üsulla üzmə yarışlarında birinci oldu və 2 qızıl medal əldə etdi”.

Bənənyarlı Ramil Vəlizadənin 200 metr batterflayda, Selcan Əbdülrahmanlının 400 və 800 metr sərbəst usulla üzmədə, Ayan Kələntarovanın 400 metrdə qarışıq usulla üzmədə 2 ci yerləri tutaraq gümüş medala sahib çıxdığını sözlərinə əlavə edib: "Vəlizadə bu göstərici ilə 2022-ci ildə Yaponiyanın Fukauka şəhərinde keciriləcək üzgüçülük üzrə dünya çempionatina vəsiqə qazandı. Üzgüçülərimizdən Vəli İsrafilov 200 metr brass üsulu ilə üzmədə, Şeyxəlizadəhanqah Məryəm isə 100 metr məsafəni batterflay üsulu ilə üzmədə bürünc medalla kifayətləndilər. Ümumilikdə bu beynəlxalq turniyə 12 idmançı ilə qatılan milli komandamız 10 medal qazandı".

Bu yarışda həm də Əbdülrəhmanlı 800 metr sərbəst üsulda, Maksim Vorontsov 1500 metr sərbəst üsulda, Kələntərova isə 400 metr qarışıq üsulda idman ustasi normativini yerine yetiriblər.

Bənənyarlının fikrincə, belə nəticələr pandemiya şəraitində çox böyük sıçrayış hesab olunur: "Uzun müddət milli komandamız yalnız quru məşqlərlə kifayətlənməli oldu. Sonradan federasiyanın, Gənclər və İdman Nazirliyinin birgə səyi nəticəsində üzgüçülərimiz müxtəlif beynəlxalq təlim-məşq toplanışlarında iştirak etdilər. Son belə toplanış fevralın 7-dən Türkiyənin Ərzurum şəhərində yüksək dağlıq şəraitində gerçəkləşdi. Bu toplanışda Türkiyənin ən güclü klubları "Qalatasaray", "Fənərbağça", MK, Macarıstan və Niderland yığması iştirak edirdi. 18 günlük təlimlərdən sonra komanda Latviyadakı beynəlxalq yarışa qatıldı və nəticə çox qənaətbəxşdir”

Son xəbərlər

Orphus sistemi