Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə beşinci medalı qazanıb

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə beşinci medalı qazanıb Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə qazandıqları medalların sayını 5-ə çatdırıb.
Fərdi
2 May , 2022 10:37
Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə beşinci medalı qazanıb

Azərbaycan üzgüçüləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə qazandıqları medalların sayını 5-ə çatdırıb.

Federasiyanın Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, yarışın üçüncü günündə Ramil Vəlizadə 100 metr məsafəyə batterflay üsulu ilə üzmədə bürünc medal qazanıb. O, məsafəni 54,52 saniyəyə qət edib.

Məryəm Şeyxəlizadəxangah həmin növdə finişə 1 dəqiqə 2,25 saniyəyə çatmaqla üçüncü olub.

Qeyd edək ki, Vəlizadə daha əvvəl 200 metr məsafəyə batterflay üsulu ilə üzmədə gümüş, Şeyxəlizadəxangah isə 50 metr məsafəyə sərbəst və batterflay üsulu ilə mübarizədə bürünc medallara sahib çıxıb.

Son xəbərlər

Orphus sistemi