Azərbaycan Triatlon Federasiyası Zəngilanda turnir keçirəcək

Azərbaycan Triatlon Federasiyası Zəngilanda turnir keçirəcək Bu gün Azərbaycan Triatlon Federasiyasının (ATF) konfransı keçirilib.
Fərdi
24 Fevral , 2022 16:54
 Azərbaycan Triatlon Federasiyası Zəngilanda turnir keçirəcək

Zəngilanın Ağalı kəndində triatlon üzrə Qarabağ Xatirə Turniri keçiriləcək.

"Report"un məlumatına görə, bu barədə Azərbaycan Triatlon Federasiyasının (ATF) prezidenti Elçin Əliyev qurumun açıq konfransında açıqlama verib.

Onun sözlərinə görə, turnir 27 sentyabr - Anım Gününə həsr olunacaq və 1-2 oktyabrda baş tutacaq. E.Əliyev bu məqsədlə kənddə 450 metr uzunluğu və 150 metr enində göl salınacağını açıqlayıb. O, Ağdamda isə duatlon yarışı təşkil etmək istədiklərini bildirib.

Federasiya prezidenti tədbirdə qurumun inkişaf strategiyasını da təqdim edib. Əliyev peşəkar, yüksək nəticə göstərən idmançılarla 2028-ci il Los-Anceles Yay Olimpiya Oyunlarında geniş tərkibdə çıxış etməyə çalışacaqlarını bildirib. O, Paris-2024-də isə Rostislav Pevtsovla təmsil olunmağı hədəflədiklərini söyləyib. Daha sonra E.Əliyev qurum rəhbərliyini və idmançılar heyətini təqdim edib.

Ardınca milli komandanın üzvü Rostislav Pevtsovla və baş məşqçi Sergey Yatsenkp ilə canlı bağlantı yaradılıb. Hazırda Türkiyədə təlim-məşq toplanışında olduğunu deyən Pevtsov onlara yaradılan şəraitə görə federasiya rəhbərliyinə minnətdarlığını bildirib. 

İdarə Heyətinin üzvü Əli Bünyatov gənc və yeniyetmə triatlonçuların adlarını açıqlayıb. 

O, komanda üzvlərinin apreldən etibarən yarışlara qatılacaqlarını deyib. Eyni zamanda Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında triatlonçuların hazırlanmasını da əsas fəaliyyət istiqamətlərindən biri kimi dəyərləndirib. 

ATF-nin digər vitse-prezidenti Rüfət Həsənov kütləvilik və infrastrukturun yaradılması istiqamətində də çalışacaqlarını açıqlayıb. O, Triatlon Təlim-Məşq Mərkəzinin yaratmağı planlaşdırdıqlarını diqqətə çatdırıb.

Son olaraq il ərzində müxtəlif yarışlarda fərqlənmiş triatlonçular mükafatlandırılıblar.

Son xəbərlər

Orphus sistemi