Azərbaycan “Tokio 2020” paralimpiya oyunlarında 30 idmançı ilə təmsil oluna bilər

Azərbaycan “Tokio 2020” paralimpiya oyunlarında 30 idmançı ilə təmsil oluna bilər “Azərbaycanın 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında 6 idman növü üzrə 30 idmançı ilə təmsil olunacağı gözlənilir”.
Fərdi
24 Sentyabr , 2019 19:38
Azərbaycan “Tokio 2020” paralimpiya oyunlarında 30 idmançı ilə təmsil oluna bilər

“Azərbaycanın 2020-ci ildə Tokioda keçiriləcək XVI Yay Paralimpiya Oyunlarında 6 idman növü üzrə 30 idmançı ilə təmsil olunacağı gözlənilir”.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bunu Azərbaycan Milli Paralimpiya Komitəsinin baş katibi Kamal Məmmədov jurnalistlərə açıqlamasında bildirib.

O deyib ki, üzgüçülük və pauerliftinq idman növündə artıq iki lisenziya əldə olunub: “İdmançılarımızın beynəlxalq yarışlarda mübarizələri davam edir. Reytinq cədvəli gələn ilin may ayında bağlanacaq”.

K.Məmmədov “Tokio 2020”də azərbaycanlı paralimpiya idmançılarının uğur əldə edəcəklərinə inandığını da qeyd edib: “Biz idmançılarımıza çox inanırıq və əminik ki, Tokioda Azərbaycan himni dəfələrlə səsləndiriləcək”.

Son xəbərlər

Orphus sistemi