Dünya çempionatı: Azərbaycan konkisürəni növbəti mərhələyə yüksəlib

Dünya çempionatı: Azərbaycan konkisürəni növbəti mərhələyə yüksəlib Martın 23-də Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən atletimiz Yekaterina Ryabova Fransanın Montpellier şəhərində keçirilən Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatının qısa proqramında ilk çıxışını edib.
Fərdi
136
23 Mart , 2022 19:06
Dünya çempionatı: Azərbaycan konkisürəni növbəti mərhələyə yüksəlib
Yekaterina Ryabova

Martın 23-də Azərbaycanı beynəlxalq fiqurlu konkisürmə yarışlarında təmsil edən atletimiz Yekaterina Ryabova Fransanın Montpellier şəhərində keçirilən Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatının qısa proqramında ilk çıxışını edib.

“Report” xəbər verir ki, buz üstünə çıxan təmsilçimiz 65.50 xal toplayaraq 9-cu yerdə qərar tutub.Topladığı xalların nəticəsinə uyğun olaraq təmsilçimiz növbəti mərhələyə yüksəlib.

Yekaterinanın yarışda növbəti çıxışı sərbəst proqram üzrə martın 25-də olacaq.

Martın 21-də start götürən Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatında Azərbaycan 4 idmançı- Vladimir Litvintsev, Yekaterina Ryabova, həmçinin buz üstündə rəqs üzrə Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy ilə təmsil olunur.

Vladimir Litvintsev martın 24 -də qısa proqramda, 26-da sərbəst proqramda çıxış edəcək.

Yekaterina Kuznetsova və Aleksandr Kolosovskiy isə martın 25 və 26-da qısa və sərbəst proqram üzrə çıxış edəcəklər.

Qeyd edək ki, Fiqurlu Konkisürmə üzrə Dünya Çempionatı martın 27-ə kimi davam edəcək.

Son xəbərlər

Orphus sistemi