Azərbaycan Gimnastika Federasiyasının texniki direktoru Natalya Bulanova Beynəlxalq Gimnastika Federasiyasının (FIG) bədii gimnastika üzrə texniki komitəsinin üzvü seçilib.
"Report"un məlumatına görə, o, birinci mərhələdə 46, ikinci mərhələdə isə 49 səs toplayıb.
Seçkilər FIG-in Türkiyənin Antalya şəhərindəki 83-cü Konqresi zamanı baş tutub.