Azərbaycan təmsilçisi Avropa Gənclər Olimpiya Qış Festivalının səfiri oldu

Azərbaycan təmsilçisi Avropa Gənclər Olimpiya Qış Festivalının səfiri oldu 2021-ci ildə Finlandiyanın Vuokatti şəhərində keçirilməsi planlaşdırılan Avropa Gənclər Olimpiya Qış Festivalının elçiləri açıqlanıb.
Fərdi
28 Sentyabr , 2020 13:00
Azərbaycan təmsilçisi Avropa Gənclər Olimpiya Qış Festivalının səfiri oldu

2021-ci ildə Finlandiyanın Vuokatti şəhərində keçirilməsi planlaşdırılan Avropa Gənclər Qış Olimpiya Festivalının səfirləri açıqlanıb. 

"Report" xəbər verir ki, namizədlər Avropa Olimpiya Komitəsinin (EOC) Olimpiya Mədəniyyəti və Mirası Komissiyası tərəfindən qiymətləndirilib və nəticədə ən motivasiyalı gənclər seçilib. 

25 idmançıdan ibarət siyahıda Azərbaycan voleybolçusu Günay Salamova da var. 

Qeyd edək ki, Avropa Gənclər Olimpiya Qış Festivalı 6 - 13 fevralda olmalı idi, lakin koronavirusa görə təxirə salınıb. Yarış 2021-ci il 11 - 18 dekabrda gerçəkləşəcək. 

Festivala 14 - 18 yaşlı idmançılar iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi