Azərbaycan “Tbilisi marafonu 2019”da təmsil olunub - FOTO

Azərbaycan “Tbilisi marafonu 2019”da təmsil olunub - FOTO Gürcüstanın paytaxtı Tbilisidə səkkizinci “Tbilisi marafonu” keçirilib.
Fərdi
339
29 Sentyabr , 2019 13:32
Azərbaycan “Tbilisi marafonu  2019”da təmsil olunub - FOTO

Gürcüstanın paytaxtı Tbilisidə səkkizinci “Tbilisi marafonu” keçirilib.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, xeyriyyə məqsədi daşıyan marafona 2700 iştirakçı qatılıb.

Marafonun start və finiş zonası Tbilisinin mərkəzi Rustaveli prospektində yerləşən 1 saylı Gimnaziyanın qarşısında təşkil olunub. Marafonçular şəhərin mərkəzi yolları ilə 1021 kilometrlik məsafələri qət ediblər.

“Tbilisi marafonu” çərçivəsində uşaqların iştirakı ilə 0,5 və 1,2 kilometr məsafəyə qaçış da keçirilib.

Marafonda Gürcüstanla yanaşı, Azərbaycan, Qazaxıstan, Ukrayna, Ermənistan və digər ölkələr də təmsil olunub. Azərbaycandan “Tbilisi marafonu - 2019”a 30-a yaxın iştirakçı qatılıb.

Azərbaycanlı marafonçulara azarkeşlik edənlər say baxımından çoxluq təşkil edib. Azərkeşlər əllərində Azərbaycan və Gürcüstan bayraqlarını tutaraq azərbaycanlı yarış iştirakçılarına dəstək olublar.

Azərbaycanın Gürcüstandakı səfiri Dursun Həsənov və səfirlik əməkdaşları da azarkeşlər arasında olub. Azərbaycanlı yarış iştirakçıları azarkeş qrupuna dəstəyə görə təşəkkürlərini bildiriblər.

Son xəbərlər

Orphus sistemi