Azərbaycan taekvonduçusu: "Bir məğlubiyyətə görə karyeranı bitirmək olmaz"

Azərbaycan taekvonduçusu: "Bir məğlubiyyətə görə karyeranı bitirmək olmaz" "Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qarşı ilk görüşdə sağ ayağım zədələndi. Çətin döyüş alındı. Ayağıma 2-3 nöqtədən zərbə dəydi. Həmin zədə mənə ikinci qarşılaşmada rahat mübarizə aparmağa mane oldu".
Fərdi
999
27 İyul , 2021 21:12
Azərbaycan taekvonduçusu: Bir məğlubiyyətə görə karyeranı bitirmək olmaz
Milad Beigi Hərçəqani

"Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qarşı ilk görüşdə sağ ayağım zədələndi. Çətin döyüş alındı. Ayağıma 2-3 nöqtədən zərbə dəydi. Həmin zədə mənə ikinci qarşılaşmada rahat mübarizə aparmağa mane oldu".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan taekvonduçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarında mübarizəni dayandırması barədə danışarkən deyib.

80 kq çəki dərəcəsində çıxış edən idmançı 1/4 finalda uduzduğu Nikita Rafaloviçin (Özbəkistan) onu yaxşı analiz etdiyini bildirib: "Rəqib xal qazanmağa imkan vermirdi".

Hərçəqani karyerasını bitirmək barədə düşünmədiyini sözlərinə əlavə edib: "Bir məğlubiyyətə görə idmanla vidalaşmaq olmaz. Hələ özümə inanıram. Ümid edirəm ki, qarşıda nəticələr olacaq".

Taekvondoçu ona dəstək olanlardan üzr istəyib: "Məni sevənlər üzürlü hesab etsinlər. Nəticə yaxşı olmadı və onları sevindirə bilmədim. Söz verirəm ki, gələn yarışda bacardığımı edəcəyəm və yaxşı nəticə qazanacağam".

Son xəbərlər

Orphus sistemi