Yuxarı

Azərbaycan taekvondoçusu Türkiyədə qızıl medal qazanıb

Mikayıl Əliyev isə yarışı bürünc medalla başa vurub

Bakı. 14 fevral. REPORT.AZ/ Azərbaycan taekvondoçusu Sina Bahrami Türkiyənin Antalya şəhərində keçirilən "Turkish Open" turnirində qızıl medal qazanıb. "Report"un Azərbaycan Taekvondo Federasiyasının rəsmi saytına istinadən verdiyi məlumata görə, 68 kq çəki dərəcəsində mübarizəyə qoşulan 25 yaşlı idmançı fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

Tunirin 3-cü günündə qüvvəsini sınayan "Azəri" klubunun üzvü Mikayıl Əliyev (54 kq) isə yarımfinal döyüşündə məğlubiyyətlə üzləşərək yarışı bürünc medalla başa vurub.

Qeyd edək ki, Azərbaycan taekvondoçuları turnirin ilk 2 günündə 1 qızıl, 3 gümüş və 3 bürünc medal qazanıb. Yarışa bu gün yekun vurulacaq.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi