Azərbaycan taekvondoçusu: "Rəqib səhvlərə yol verirdi"

Azərbaycan taekvondoçusu: "Rəqib səhvlərə yol verirdi" "Fəridə Əzizovanın uduzmasına çox pis oldum. Ona uğurlar arzulayıram. Mənim ilk döyüşümdə isə hələ bədən tam açılmamışdı və bir az çətin alındı".
Fərdi
1204
26 İyul , 2021 08:02
Azərbaycan taekvondoçusu: Rəqib səhvlərə yol verirdi

"Fəridə Əzizovanın (67 kq) uduzmasına çox pis oldum. Ona uğurlar arzulayıram. Mənim ilk döyüşümdə isə hələ bədən tam açılmamışdı və bir az çətinliklər var idi".

"Report"un məlumatına görə, bu fikirləri Azərbaycan taekvondoçusu Milad Beigi Hərçəqani Tokio-2020 Yay Olimpiya Oyunlarının 1/8 final mərhələsində Çin Taypeyini təmsil edən Liu Vey-Tinqə qalib gəldiyi görüşdən sonra deyib.

80 kq çəki dərəcəsində çıxış edən idmançı rəqibinin bəzi səvhlərə yol verdiyini bildirib: "Ümid edirəm ki, növbəti qarşılaşmalarım bundan yaxşı olacaq".

Hərçəqani 1/4 final mərhələsindəki potensial rəqiblərini tanıdığını sözlərinə əlavə edib: "Özbəkistanlı idmançı ilə iki dəfə görüşmüşəm. Birində qalib gəlsəm də, digərində məğlub olmuşam".

Qeyd edək ki, Milad Beigi Hərçəqani 1/4 final mərhələsində Nikita Rafaloviç (Özbəkistan) - Hernandes Moises (Dominikan Respublikası) cütünün qalibi ilə üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi