Azərbaycan taekvondoçuları “Turkish Open”də 7 medal qazanıb

Azərbaycan taekvondoçuları “Turkish Open”də 7 medal qazanıb Yeganə qızıl medalı Ayaz Qənbərli əldə edib
Fərdi
13 Fevral , 2017 10:10
Azərbaycan taekvondoçuları “Turkish Open”də 7 medal qazanıb

Bakı. 13 fevral. REPORT.AZ/ Azərbaycan taekvondoçuları Türkiyənin Antalya şəhərində keçirilən "Turkish Open" turnirində iki günə 7 medal qazanıb. Federasiyanın mətbuat xidmətindən "Report"a verilən məlumata görə, yığma üzvləri 1 qızıl, 3 gümüş və 3 bürünc medala yiyələniblər. 

Yarışın ilk günündə yeniyetmə taekvondoçulardan Aysu Məmmədova (37 kq) gümüş, Pərviz İsgəndərov (45 kq) bürünc medal əldə edib.

Növbəti gün isə gənclərdən Ayaz Qənbərli (51 kq) qızıl, Mehriban Məmmədova (44 kq) və Orxan Tağızadə (+78 kq) gümüş, Minayə Əkbərova (42 kq) və Sevda Pirseyidova (44 kq) bürünc medala sahib çıxıb. 

Qeyd edək ki, Azərbaycanın yeniyetmə, gənc və böyüklərdən ibarət yığma komandaları sayca 4-cü dəfə keçirilən “Turkish Open” beynəlxalq turnirndə tam heyətlə təmsil olunur.

Son xəbərlər

Orphus sistemi